“İlqarla bir-birimizdən zəhləmiz gedirdi”

“İlqarla bir-birimizdən zəhləmiz gedirdi”
7139 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV-də yayımlanan “Gün üzü” verilişinin aparıcıları İlqar Mikayıloğlu ilə vəkil həyat yoldaşı Zülfiyyə Bayramova ideal qadın və kişidən bəhs ediblər.

Axşam.az-ın məlumatına görə, Z.Bayramova İ.Mikayıloğluyla ilk tanışlığının dava ilə başladığını deyib:

“İdeal insan da var, ağ atlı oğlan da. Hərə bir xarakterə malikdir və o xüsusiyyətə uyğun da ideal şəxsi tapır. İnsan sevəndə eşqi üçün ideal olacaq hər şeyi edir. Məhəbbət adamı dəyişir. Böyük eşqlər həmişə dava-dalaşla başlayır. İlqarla biz ilk dəfə qarşılaşanda dava etmişik. Bir-birimizdən zəhləmiz gedirdi. Hamı bizi düşmən bilirdi. Sonra bir-birimizi ideallaşdırdıq”.

İlqarın “Sənin bəxtin gətirib ki, qabağına ideal biri çıxıb” sözlərinə qarşı tərəfin cavabı “Elə sənin də bəxtin gətirib” olub.