"Dodaqlarımın böyük görünməsi buna görədir" - fotolar

"Dodaqlarımın böyük görünməsi buna görədir" -  fotolar
10455 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Günay İbrahimli tədbirlərin birində fotokameramız qarşısına keçib.

Axşam.az-a açıqlama verən sənətçi imicini tez-tez dəyişməsinin səbəbindən danışıb:

“Layihələrimlə əlaqədar imicimdə tez-tez dəyişikliklər edirdim. Bir müddət yaradıcılığımda sükut olacaq. Ona görə də, hələ ki, tamaşaçılar məni bu imicdə görəcəklər. Müəyyən fasilədən sonra yenidən fərqli görünüşlə sevənlərimin qarşısına çıxacam. Əgər layihə tələb edərsə, saçlarımı lap qısa kəsdirəcəm. Riskə getməyi sevən insanam. Amma saçımı heç vaxt keçəl etdirmərəm. Ən çox Rihannadakı qədər qısa kəsdirə bilərəm”.

Son vaxtlar dodağına slikon etdirdiyi deyilən G.İbrahimova məsələyə aydınlıq gətirib:

“Heç bir plastik müdaxilə etdirməmişəm. Dodaqlarımın böyük görünməsi makiyajla əlaqədardır. Stilist elə forma verir ki, bu cür görünür”.