Azərbaycanda ikimərtəbəli qatarlar olacaq - video

Azərbaycanda ikimərtəbəli qatarlar olacaq - video
1410 dəfə oxunub
  • A-
  • A
  • A+
“Azərbaycan Dəmiryolları” QSC-nin aldığı yeni qatarlar iyunun 2-də paytaxtda olacaq.

Axşam.az ANS TV-yə istinadən xəbər verir ki, MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının Minskdə keçirilən 62-ci iclasında iştirak edən “Azərbaycan Dəmiryolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov “Stadler Minsk” zavoduna qatarlara baxış keçirib. Qurum sədri Azərbaycan Dəmir Yolu üçün istehsal olunan KİSS markalı ikimərtəbəli elektrik qatarını ilk olaraq özü sınaqdan keçirib. İkimərtəbəli qatarlar müasir tələblərə cavab verir.

Bu qatarlar mayın 24-də yola salınıb və iyunun 2-də paytaxta çatacaq. Elektrik qatarlarının ilk olaraq I Avropa Oyunlarında Olimpiya Stadionu ətrafında yaranacaq sıxlıqı aradan qaldırmaq məqsədilə Koroğlu və 28 May stansiyaları arasındakı sahədə fəaliyyətə başlayacaq. Ümumi tutumu 919 nəfər olan qatarlar tam müasir tələblərə tam cavab verir.

“Azərbaycan Dəmiryolları” QSC-nin mətbuat katibliyinin müdiri Nadir Əzməmmədov deyir ki, qatralarda 396 oturacaq var. Qatrada sərnişinlərin rahatlığı üçün bütün şərait var: ışıqlı salon, kondisioner və Wi-Fi.

İkimərtəbəli qatarlar sonradan Bakı-Sumqayıt sərnişin stansiyaları arasında fəaliyyət göstərəcək. Ekspertlərin fikrincə bu ilk növbədə Bakı-Sumqayıt yolundakı avtomobil sıxlığının aradan qaldırılmasına təkan verəcək.

Ekspert Azər Allahverənov bildirdi ki, bu qatar Bakı-Sumqayıt arasında nəqliyyat sıxlığını minimum endirəcək.

Qeyd edək ki, gələcəkdə daha 3 belə qatarın alınması həyata keçiriləcək. Bununla bağlı mayın 13-də Bakıda keçirilən “2015 TransCaspian” Beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində “Stadler Rail Group” şirkəti ilə saziş imzalanmışdı. Digər üç qatar 2016-cı ilin yanvarınadək ölkəyə gətiriləcək.