Binalardakı yeni üzlüklər əvvəlkindən nə ilə fərqlənir? - video

Binalardakı yeni üzlüklər əvvəlkindən nə ilə fərqlənir? - video
2541 dəfə oxunub
  • A-
  • A
  • A+

Binəqədi rayonunda baş verən yanğın hadisəsindən sonra paytaxtın bir çox nöqtələrində fasadların sökülməsi işlərinə başlanılıb.

Axşam.az-ın ANS TV-yə istinadən məlumatına görə, poliuretan üzlüklü binaların fasadlarında aparılan söküntü işləri yekunlaşmaq üzrədir. Binaların xarici görünüşünü maksimum qısa vaxta qaydaya salmaq üçün söküntü ilə yanaşı yeni üzləmə işlərinə start verilib.

“Binanın fasadının artıq "aqlay"la üzlənilməsinə başlanılıb. Yaxın vaxtlarda binanın bəzi hissələrinə də boyanın vurulması işlərinə start veriləcək. Binan görüntüsü əvvəlkindən də yaxşı olacaq”, – deyə Səbael rayonu icra hakimiyyətinin nümayəndəsi Qurban İsmayılov bildirib.

Xətai rayonunda da poliuretan üzlüklərin sökülməsi başa çatıb. 5 və 9 mərtəbədən ibarət binalarda fasadın səliqəli alınması üçün təmir işləri aparılır. Kərpic daşlardan eyvanlar tikilir və pəncərələr dəyişdirilir.

Aprelin 10-da yanan 9 mərtəbəli binada da təmir işləri davam edir. Burda fasadla yanaşı mənzillərdə də bərpa işi aparılır. İş icraçıların deyir ki, 10 gün ərzində bina sakinlərə təhvil veriləcək.

Binəqədi rayonunda isə söküntü işləri hələ ki yekunlaşmayıb. Mayın 19-da yanğın hadisəsinin baş verdiyi 16 mərtəbəli bina təmir üçün əhatələnib.

Sözügedən ərazi icra hakimiyyətinin birbaşa nəzarətindədir. Tikinti-təmir işlərinin aparılması üçün artıq tenderin qalibi olmuş şirkətlə müqavilə bağlanıb.

Mətbuat prospektində isə binalar daha keyfiyyətli üzlüklə üzlənəcək. Buradakı binaların fasadı "aqlay" daşlardan istifadə edilməklə və yanmağa davamlı üzlüklərlə yenilənəcək.

Artıq karkasların qurulması və pəncərələrin dəyişdirilməsi işləri yekunlaşmaq üzrədir. Binalarda aparılan təmirin bir neçə ay ərzində yekunlaşması nəzərdə tutulur.