Qarabağ ermənisi "Bakı-2015"ə gələcək

Qarabağ ermənisi "Bakı-2015"ə gələcək
1564 dəfə oxunub
  • A-
  • A
  • A+

Ermənistan Milli Olimpiya Komitəsi iyunun 12-28-də I Avropa Oyunları üçün Bakıya gələcək erməni idmançılarının siyahısını dərc edib.
 
Axşam.az-ın modern.az-a istinadən məlumatına görə, Bakıya gələcək 25 nəfərlik idmançılar arasında Qarabağ ermənisi də yer alacaq.

Sambo üzrə dünya çempionu Aşot Danielyan 1984-cü ildə Azərbaycanın Xankəndi şəhərində anadan olub. Danielyan Ermənistan bayrağı alıtnda sambo üzrə Avropa və dünya çempionu olub. 

2015-ci il martın 30-da Moskvada sambo üzrə keçirilən dünya kubokunda 90 kiloqram çəki dərəcəsində qalib olan Aşot Danielyan 3-cü yer qazanan azərbaycanlı samboçu Bəxtiyar Abbasovun sərt reaksiyası ilə üzləşmişdi. Azərbaycanlı idmançı Ermənistan himni səsləndirilən zaman nümayişkəranə şəkildə yerə oturmuşdu. 

Bakıda I Avropa Oyunlarının medalları uğrunda mübarizə aparacaq erməni idmançılarının tam siyahısını təqdim edirik.

Yunan-roma güləşi

Roman Amoyan (59 kq)
Miqran Arutunyan (66 kq)
Karapet Çalyan (75 kq)
Maksim Manukyan (85 kq)

Sərbəst güləş

Qaqik Barseqyan (57 kq)
Volodya Franqulyan (61 kq)
David Safaryan (66 kq)
Qriqo( Qriqoryan (74 kq)
Musa Murtuzaliyev (86 kq)
Levan Berianidze (125 kq)

Cüdo

Ovannes Davtyan (60 kq)
David Nikoqosyan (73 kq)
Janna Stankeviç (52 kq)

Atıcılıq

Qraçik Babayan (prevmatik tüfəng)
Norayr Arakelyan (pnevmatik tapança)

Boks

Artyom Aleksanyan (49 kq)
Narek Abqaryan (52 kq)
Aram Avakyan (56 kq)
Samvel Barseqyan (60 kq)
Ovanes Baçkov (64 kq)
Nikol Arutunyan (81 kq)

Sambo

Tiqran Kirakosyan
Aşot Danielyan
Sose Balasanyan

Taekvando

Arman Yeremyan