Ayaqlar üçün pəhriz

Ayaqlar üçün pəhriz
4392 dəfə oxunub
  • A-
  • A
  • A+

Gün ərzində bədənin bütün yükü ayaqlara düşür və vücudumuzun 50-90 kq. çəkisini təxminən 10 kiloqramlıq ayaqlar daşıyır. Bunun üçün bədənimizin ən vacib orqanı olan ayaqları lazımınca qoruyub, onlara qulluq etməliyik. 

Axşam.az xarici mətbuata istinadən ayaqlar üçün xüsusi pəhrizlər təqdim edir: 

Ayaqlar üçün... pəhriz

Ayaq damarlarınızın elastik, əzələlərinizin möhkəm və sağlam olması üçün qida rasionunuza A və C vitaminli qidalar daxil edin: kök, yaşıl soğan, şirin bolqar bibəri, kahı, kələm, mal ciyəri, süd, kərə yağı, portağal və limon.

Tonuslaşdırıcı vannalar

Hər gün yatmazdan əvvəl ayaqlarınızı sabunla yuyun. 3 litr ilıq suya dəniz duzu və ya xörək duzu əlavə edib, ayaqları 15-20 dəqiqə vanna edin. Sonda onları soyuq su ilə yaxalayın.

Hazırladığınız vannaya nanə, evkalipt və çobanyastığı dəmləmələrini əlavə etmək ayaqları rahatladıb, yorğunluğunu alar.

Ayaqları əvvəl isti, sonrasa soyuq su ilə kontrastlı vanna edib, proseduru 8-10 dəfə təkrarlayın. İsti suya gicitkən və çobanyastığı dəmləsini əlavə etmək olar.