"Roza ilə dostluq münasibətimiz bitdi" - Anar

"Roza ilə dostluq münasibətimiz bitdi" -  Anar
5180 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün “Maşın” şoudan uzaqlaşan stilist Anar Ağakişiyev “Günə baxan” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, o, yarışmada olduğu müddətdə bir çox tanınmışlardan incidiyini bildirib:

“Müğənni Roza Zərgərli, Elçin Hüseynov və Aşıq Əli ilə heç vaxt dost münasibətim olmayacaq. Haradasa qarşıma çıxsalar, salam verib, keçəcəm. Amma onlarla dostluğum bitdi. Şouda olduğum müddətdə bu insanların əsl simasını gördüm. Roza Zərgərlini başqa cür tanıyırdım. Orada bəzi hərəkətlər etdi ki, xoşuma gəlmədi. Kərim Abbasov əlini maşından götürəndə Roza mənə qarşı səhv etdi. Qəfildən dedi ki, get Kərimi geri gətir. Məni çaşdırmaq istəyirdi, əlimi avtomobildən çəkim, uduzum. Bizim oyunda əlimizi maşının üstündən götürmək haqqımız yoxdur. Bir də o, Mehriban Xanlarovanın Aygün Kazımovanı oyundan uzaqlaşdıracağını əvvəlcədən bilirdi. İncikliyimin səbəbi də budur".