Ukraynanın cazibədar rəqqasəsi Bakıya gəlir

Ukraynanın cazibədar rəqqasəsi Bakıya gəlir
4120 dəfə oxunub
  • A-
  • A
  • A+
Ukraynanın əməkdar artisti Alla Kuşnir Bakıya gələcək.

Bu haqda Axşam.az-a aparıcı Zemfira Adıgözəlova xəbər verib.

O, cazibədar rəqqasənin mayın 28-dən iyunun 1-nə kimi paytaxtımızın qonağı olacağını bildirib:

“Alla Bakıda “Halikarnas steak house” restoranının açılışına dəvət alıb. O, gecədə maraqlı rəkslər nümayiş etdirəcək. Hər zaman möhtəşəm şousu ilə tamaşaçıları valeh edən Kuşnir daha sonra bir neçə televiziya verilişlərinin qonağı olacaq. Alla azərbaycanlı tamaşaçıları üçün sürprizlər hazırlayıb”.