“Dünyanın ən gözəl anası” seçildi – fotolar

“Dünyanın ən gözəl anası” seçildi – fotolar
5106 dəfə oxunub
  • A-
  • A
  • A+
“Dünyanın ən gözəl anası” müsabiqəsinin nəticələri açıqlanıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, “Dünya gözəli” və “Kainat gözəli” yarışmaları kimi böyük maraqla izlənilən müsabiqənin builki qalibi 24 yaşlı, 2 uşaq anası olan peterburqlu İrina Solovyeva olub. Türkiyədə baş tutan yarışmada İrina 39 rəqibinə qalib gəlib. İ.Solovyeva müsahibəsində uşaqlarını necə tərbiyə etməsindən danışıb:
 
“İki oğlum var – 5 yaşlı Maksim və 3 yaşlı Kirill. Hər bir ananın uşaqlarına qarşı ən böyük tapşırığı onlara sevgi bəxş etməkdir. Övladlarımı əsl kişi keyfiyyətləri ilə böyüdürəm. Mənim tərbiyəmdə əsas nüans oğullarımı qızlara güzəştə getməyi və hər zaman onlara kömək olmağı öyrətməkdir. Düşünürəm ki, bu, məndə pis alınmır”.
 
Qeyd edək ki, İrina 2014-cü ildə “Sankt-Peterburq gözəli” seçilib. Onun bu ilin noyabrında keçiriləcək “Dünya gözəli” yarışmasında iştirakı da gözlənilir.