Türkiyənin məşhur serialı sona çatır - video

Türkiyənin məşhur serialı sona çatır - video
8946 dəfə oxunub
  • A-
  • A
  • A+
Serenay Sarıkaya və Çağatay Ulusoyun baş rollarda oynadığı "Medcezir" serialı sona çatır.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Star TV-nin reytinqli ekran işi bu mövsüm bitəcək. Serialın gələn mövsüm davam edib-etməyəcəyi sosial mediada müzakirə edilərkən ssenarist Ece Yörenc şübhələrə son qoyub. O, Tvitter hesabında "Medcezir"in 3 seriyadan sonra sona çatacağını yazıb.

Artıq sosial mediada da serialın vida videosu yayılıb. Sonuncu seriyanın iyunun 12-də yayımlanacağı dəqiqləşib.

Qeyd edək ki, "Ay Yapım"ın çəkdiyi serial 2013-cü ilin sentyabrında başlamışdı.