Əlikram oğluna yenə toy etdi – fotolar

Əlikram oğluna yenə toy etdi – fotolar
15538 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Əlikram Bayramov oğlu Qalib üçün yenidən toy edib.

Axşam.az-ın məlumatına görə, sənətçi mərasimin birinin rayonda baş tutduğunu bildirib.

Ötən gün paytaxda keçirilən toyda sənət aləminin tanınmış simaları da iştirak edib.

Media üçün qapalı olan gecədən fotolar sosial şəbəkədə yayılıb.

Qeyd edək ki, Ə.Bayramov mayın 16-da paytaxtda daha bir toy etmişdi. Həmin məclisdə yalnız kişilər iştirak etmişdi.

İfaçı oğlu ilə bağlı açıqlamasında bunları deyib:

“Evlənəndən sonra övladımın mənimlə yaşamasını istəmirəm. Ayrı ev almışam. Getsin həyat yoldaşıyla orada qalsın. Bir oğlum var deyə, onu öz yanımda saxlayan deyiləm. Onda məsuliyyəti olmayacaq. Gəlini mənim yanıma atıb, gedəcək. Mən tək yaşamışam, ailəmi saxlamışam. O da getsin xanımını saxlasın. Baba olmağı çox istəyirəm".