Öz istəyi ilə "Maşın"dan getdi - video

Öz istəyi ilə "Maşın"dan getdi -  video
10448 dəfə oxunub
  • A-
  • A
  • A+

ANS TV-də "Daha bir nağıl" devizi ilə yayımlanan "Maşın" şounun növbəti buraxılışı baş tutub.

Axşam.az-ın məlumatına görə, əməkdar artist Murad Dadaşovun müəllifi və aparıcısı olduğu proqramda iştirakçılar bu dəfə müğənni Samir Cavadzadəni sms səsverməsinə çıxarıblar.

İfaçı səs topladığı təqdirdə Aşıq Əlini oyundan uzaqlaşdıracağını deyib.

Stilist Anar Ağakişiyevlə Aşıq Əli arasında qalmaqal yaşanıb. Stilist aşıqla eyni yarışda qalmaq istəmədiyini deyərək, tamaşaçılardan Samir üçün səs istəyib.

Aşıq Əli əlini avtomobildən çəkərək, getmək istədiyini bildirib:

"Məni bura Murad Dadaşov çağırıb. Bacardığım qədər mübarizə apardım. Məni kiminsə çıxarması mümükün deyil. Özüm gedirəm. "Maşın"ın ətrafında istəmədiyim adamlarla qalmağı arzulamıram. Xatirə və Rəşad Dağlı mənim dostumdur. Münasibətimiz həmişə də davam edəcək".
 
Sonda S.Cavadzadə 54,54 faiz səs toplayaraq şouda oyunda qalıb.

Şouda iştirakını davam etdirənlər müğənnilər Xatirə İslam, Samir Cavadzadə, meyxanaçı Rəşad Dağlı və stilist Anar Ağakişiyevdir.

Qeyd edək ki, veriliş hər axşam saat 22:00-da yayımlanır.