Alov səyahətinin üçüncü festivalı - fotolar

Alov səyahətinin üçüncü festivalı -  fotolar
1561 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bakı 2015" alovu Azərbaycanın bölgələrinə səyahətinin 7-ci günündə Muğan düzünün iki rayonunda - Biləsuvarda və Cəlilabadda əhalinin görüşünə yollanıb.

Axşam.az-ın məlumatına görə, rayon mərkəzində kitabxanaçı Səbinə Hüseynzadənin başladığı estafetdə məşəli boks üzrə Azərbaycan çempionu, məşqçi Emil Məmmədov, enşin karate üzrə üçqat dünya və ikiqat Avropa çempionu, məşqçi Azər Əhmədov, xoreoqrafiya ustası Aygün Novruzova, ictimai fəallar Sərraf Hüseynov, Ləman Yüzbaşova, Nuranə Əliyeva və Daşqın Qəmbərov, boks üzrə dünya çempionatının yeniyetmə və gənclər arasında çempionu, ustalar arasında bürünc medalçısı Emil Məhərrəmov növbə ilə daşıyıblar. Heydər Əliyev meydanında qurulmuş səhnədə çırağı estafetin son iştirakçısı, peşəkar kikboksinq üzrə Avropa kəmərinin sahibi, beşqat dünya çempionu Ehram Məcidov alovlandırıb.

Sonuncu məşəldən alovlandırılan Avropa Oyunlarının çırağını daşımaq yeniyetmə sərbəst güləşçi İqbal Aslanova həvalə olundub. Çıraq Oyunların sonuna qədər Heydər Əliyev Mərkəzində saxlanılacaq.
"Bakı 2015"in canlı rəmzlərinin diqqət mərkəzində olduğu qarşılanma mərasimi maraqlı ünsiyyət formasında keçib. Yerli sakinlərə Birinci Avropa Oyunları ilə bağlı məlumatlar verilib.