Məşhur casus filminin davamı çəkilir

Məşhur casus filminin davamı çəkilir
993 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur casus filmi "Kinqsman: Məxfi xidmət"in davamı çəkilir.

Axşam.az-ın xarici mediaya istinadən məlumatına görə, "Fox" şirkəti bu haqda hələ rəsmi açıqlama verməsə də, filmin sikvelinin çəkiləcəyi artıq dəqiqləşib.

İkinci hissənin rejissoru yenə də Metyu Von olacaq. Digər maraqlı məqam isə birinci hissədə həlak olan aktyor Kolin Firtin canlandırdığı obrazın qayıtması olacaq.

Xatırladaq ki, filmin sujet xətti Mark Millerin komikslərinə əsaslanır. Keçən ilin ən uğurlu filmlərindən sayılan "Kinqsman" casus məktəbi və orada yetişdirilən gənclər haqqındadır.