Tanınmış balerina dünyasını dəyişdi

Tanınmış balerina dünyasını dəyişdi
1933 dəfə oxunub
  • A-
  • A
  • A+

Balerina Maya Plisetskaya bu gün Almaniyada ürək tutmasından vəfat edib.

Axşam.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS-a “Bolşoy teatr”ın baş direktoru Vladimir Urin məlumat verib.

“Mənə balerinanın həyat yoldaşı Rodion Şedrin zəng vurdu. O, ağır ürək tutmasından dünyasını dəyişib. Həkimlər səy göstərsələr də, heç nə edə bilmədilər”, - Urin deyib.

Qeyd edək ki, Maya Plisetskayanın 89 yaşı vardı.