Müğənnilər uşaqlar üçün bir araya gəldilər - fotolar

Müğənnilər uşaqlar üçün bir araya gəldilər - fotolar
4635 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bu mənəm 2” adlı albomun təqdimat mərasimi keçirilib.  

Axşam.az-ın məlumatına görə, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə hazırlanan diskdə tanınmış ifaçıların uşaqlarla səsləndirdikləri duetlər yer alıb. 

Layihədə uşaqlara əməkdar artist Tünzalə Ağayeva, Lalə Məmmədova, Gülnaz İsmayılova, müğənni Eldar Qasımov, Samira Allahverdi, Rəşad İlyasov, Təranə Mahmudova, Zamiq Hüseynov, Günay İbrahimli, Əbdül Xalid, Əkbər və Gülnarə Rəhman dəstək olub.

Bakı Caz Mərkəzində baş tutan təqdimat mərasimində ifaçılar balacalarla səhnəyə çıxıb, mahnılar səsləndiriblər.

Layihənin rəhbəri Bəbir və Ülviyyə Bəbirlidir. “Bu mənəm 2”nin məqsədi uşaq mahnılarının təbliği və istedadlı balacalara dəstək olmaqdır.

Albomda yer alan mahnıların musiqisi Bəbir və Ülviyyə Bəbirli, sözləri isə Ruhiyyə Rüstəmova tərəfindən yazılıb.

Foto: Ramin ASLANOV