Adil İsgəndərovun 105 illik yubileyi qeyd olunub

Adil İsgəndərovun 105 illik yubileyi qeyd olunub
760 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Binə qəsəbə mədəniyyət mərkəzində görkəmli aktyor, rejissor və unudulmaz sənətkar Adil İsgəndərovun 105 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, yubiley tədbiri böyük sənətkarın rol aldığı filmlərdən kadrların nümayişi ilə başlanıb.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Mirzə Ağabəyov bildirib ki, Adil İsgəndərov kimi şəxsiyyəti və sənəti gözəl olan nadir istedadlar mədəniyyət və incəsənət tariximizdə silinməz izlər qoyublar. Onların yaradıcılığı Azərbaycan xalqı və dövləti tərəfindən heç vaxt unudulmayacaq.

Qeyd olunub ki, Adil İsgəndərovun yaratdığı obrazlara indi də sevilə-sevilə baxılır, onun qəhrəmanının işlətdiyi aforizmlər dillər əzbəridir.

Tədbirdə mədəniyyət mərkəzinin dram dərnəyinin üzvlərinin “Axırıncı aşırım” bədii filmi əsasında hazırladıqları səhnə təqdim edilib. Dərnək üzvlərinin çıxışları alqışlarla qarşılanıb.

Mərasim “Odlar yurdu” rəqs kollektivinin çıxışı, qəsəbədəki 24 nömrəli musiqi məktəbinin şagirdlərinin muğam ifaları ilə davam edib.