Nağıl kimi "Maşın" şou başlayır - video

Nağıl kimi "Maşın" şou başlayır -  video
5564 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Murad Dadaşovun "Maşın" realiti-şousunun reklam çarxı təqdim olunub.

Axşam.az-ın məlumatına görə, "Daha bir nağıl" devizi altında hazırlanan veriliş mayın 9-da ANS telekanalında yayıma başlayır.

Hər gün saat 22:00-da efirə gedəcək şounun iştirakçıları "Maşın"da bu günə kimi gördüyümüz ən səs-küylü məşhurlar olacaq. Onlar arasında xalq artisti Aygün Kazımova, əməkdar artist Elza Seyidcahan, müğənni Elton Hüseynəliyev, Xatirə İslam, Roza Zərgərli, Rəhim Rəhimli, stilist Anar Ağakişiyev və başqaları yer alacaq.