Bakının London taksiləri yeni dizaynda - fotolar

Bakının London taksiləri yeni dizaynda -  fotolar
1552 dəfə oxunub
  • A-
  • A
  • A+
İyunun 12-dən 28-dək keçiriləcək "Bakı 2015" Birinci Avropa Oyunlarının biletlərinin satışını təbliğ etmək məqsədilə, Bakının məşhur çəhrayı taksiləri yenidən dizayn olunub.

Axşam.az-ın məlumatına görə, beynəlxalq aləmdə Bakının rəmzi kimi tanınan 250-dən çox “London taksi”lərini qarşıdakı həftələrdə şəhərin hər bir yerində görə biləcəyik.

Yeni dizayn olunmuş taksilər haqqında danışan, Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq deyib:

“London üslublu bu taksilər Bakının rəmzlərindən birinə çevrilib və onların iyunun 12-də start götürəcək Avropa Oyunlarının təbliğatında iştirakına yalnız məmnun ola bilərik. Bilet satışının indiyədək olan vəziyyətindən də məmnunuq. Oyunları izləmək və Azərbaycan komandasını dəstəkləmək üçün xeyli sayda insanı tribunalarda görmək bizi xüsusilə sevindirir”.