Balaca şahzadə doğuldu - Keyt Midlton ana oldu

Balaca şahzadə doğuldu - Keyt Midlton ana oldu
3998 dəfə oxunub
  • A-
  • A
  • A+
Britaniya şahzadəsi Uilyamın həyat yoldaşı, Kembric hersoginyası Keyt Midlton ikinci dəfə ana olub.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, krallıq taxtının dördüncü varisi bu dəqiqələrdə dünyaya göz açıb. Londonun Müqəddəs Meri Xəstəxanasında gerçəkləşən doğuşda şahzadə Uilyam da xanımının yanında olub.

Cütlüyün qızı dünyaya gəlib. Keytlə körpənin vəziyyətinin yaxşı olduğu bildirilir. Uşağa Alis, Şarlotta, Diana adlarından birinin qoyulacağı ehtimal edilir.

Qeyd edək ki, Keytlə Uilyamın Georgi adlı bir oğlu da var. Yeni doğulan körpə babası Çarlz, atası Uilyam, qardaşı Georgidən sonra Böyük Britaniya krallığının dördüncü varisi sayılır.