"Pulumun çoxunu gözəllik salonlarına xərcləyirəm" - Samira

"Pulumun çoxunu gözəllik salonlarına xərcləyirəm" -  Samira
4295 dəfə oxunub
  • A-
  • A
  • A+
"Gözəllik salonlarına hər gün gedirəm. İşimə görə saç düzümüm və makiyajımın yerində olması mütləqdir".

Bu sözləri Axşam.az saytına açıqlamasında müğənni Samira Allahverdi deyib.

Onun sözlərinə görə, salonlara ən çox saç düzümünə görə müraciət edir:

"Hərdən üz baxımı və manikürə də gedirəm. Günümün 1,5 saatı gözəllik mərkəzində keçir. Heç vaxt tatu etdirməmişəm. Düşünürəm ki, bu xidmətə heç vaxt müraciət etməyəcəm. Ay ərzində baxıma xərclədiyim pulu hesablamamışam. Amma qazandığım pulların əksəriyyəti salonlara gedir".