"Fikirdən saçım ağarır" - Zamiq

"Fikirdən saçım ağarır" -  Zamiq
1771 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Zamiq Hüseynov ən böyük arzusunu açıqlayıb.

Axşam.az-ın məlumatına görə, sənətçi "Star life" verilişinə açıqlamasında konsertə hazırlaşdığını bildirib:

"Yaşıl Teatr"da konsert verdim. Ən böyük arzum Heydər Əliyev Sarayının səhnəsinə çıxmaqdır. Bunu da yaxın günlərdə reallaşdıracam. Konsertdən sonra insana irad tutanlar çox olur. Hamısı da həyatında bir dəfə də olsun konsert verməyənlərdir. Mən insanlarla süni səmimi olub, onları yola verə bilmirəm. Buna görə mənə özündənrazı deyirlər. Amma elə deyiləm. Hər addımımı düşünərəkdən atıram. Kimisə görəndə ilk addımı ondan gözləyirəm. Deyirlər ki, Zamiqin saçı tez ağarır. Hamısı fikirdəndir. Çünki nəsə edəndə onun ətrafında çox düşünürəm".