Həmidə Ömərova həyatından yazıb

Həmidə Ömərova həyatından yazıb
1414 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Həmidə Ömərova həyatından bəhs edən ssenari yazıb.

Axşam.az-ın məlumatına görə, aktrisa bu haqda "Star life" verilişinə açıqlamasında deyib:

"Mən qəzetdə işləmişəm, yazma qabiliyyətim var. Hekayələrdən ibarət kitabım var. İndi isə həyatımla bağlı ssenari yazmışam. Kurs yoldaşlarım ağlayırlar ki, onu təqdim edin, biz qocalırıq. Deyirəm, qocalsaq da hadisələr eyni qalır. Böyük bir ssenaridir. Serial formasında təqdim etmək istəyirəm. Ya arzu kimi qalacaq, ya da bir möcüzə olacaq və mən onu təqdim edəcəm".