Elnur Hüseynov yenidən "Beyaz Show"da - video

Elnur Hüseynov yenidən "Beyaz Show"da - video
7930 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanı "Eurovision-2015"də təmsil edəcək Elnur Hüseynov Türkiyənin məşhur "Beyaz Show" proqramında qonaq olub.

Axşam.az-ın məlumatına görə, aparıcı Bəyazit Öztürk onu "Eurovision"da həm Azərbaycanı, həm də Türkiyəni təmsil edəcək" deyə təqdim edib. Elnur yarışmada oxuyacağı "Hour of the Wolf" mahnısı və promo-turları haqda danışıb. 

Azərbaycan musiqisini sevdiyini deyən Bəyaz həmyerlimizə "Əgər bu səsə qiymət versələr, sən birinci olarsan" söyləyib. O, eyni zamanda bütün Avropada yaşayan türklərə çağırış edərək Elnura səs vermələrini istəyib.

E.Hüseynovun ifasından sonra proqramın digər qonaqları onu tərifləyərək "yarışmada sənin kimi digər səs olduğuna inanmırıq" deyiblər.