Vəfa Quluzadə vəfat etdi - fotolar

Vəfa Quluzadə vəfat etdi - fotolar
5000 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın tanınmış politoloqu Vəfa Quluzadə vəfat edib. 

Axşam.az-ın oxu.az-a istinadən məlumatına görə, o, 74 yaşında dünyadan köçüb.

Vəfa Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda anadan olub. Azərbaycan Respublikasının Xarici Siyasət Məsələləri üzrə Dövlət Müşaviri vəzifəsində çalışıb (1990-1999).

______

APA-nın xəbərinə görə, V. Quluzadənin səhhəti qəflətən pisləşib və o, Bakıdakı xəstəxanalardan birinə yerləşdirlib.

Onun ürəyində şuntlama əməliyyatı keçirilib, əməliyyatdan sonra V. Quluzadə palataya yerləşdirilib. Lakin bir az sonra onun səhhəti qəflətən pisləşib və dünyasını dəyişib.

Allah rəhmət eləsin!