Azərbaycanlı iştirakçı Sima Şərəffətdinova "İşte benim stilim"də səhv başa düşüldüyü üçün mübahisə yaranıb.
Axşam.az-ın məlumatına görə, həmyerlimiz iştirakçıların ailə dramlarını podiumda danışdıqlarına işarə edərək "Mən də çıxıb "atam-anam burada deyil" deyə bilərəm" şəklində fikrini ifadə etmək istəsə də, cümləsi daha kobud və səhv başa düşülüb.
Ardından iştirakçılar və münsiflər Simanı tənqid ediblər. Onlar "burada ata-anasını itirən adamlar var, onlara hörmətsizlik edirsən" deyiblər.
S.Şərəffətdinova səhv başa düşüldüyünü izah etmək istəsə də, göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, TV8-in sevilən dəb proqramının münsiflər kürsüsündə modelyer Nur Yerlitaş, model İvana Sert və stilist Kamal Doğulu oturur.
Videonun 10-cu dəqiqəsindən həmin mübahisəni izləyə bilərsiniz.