Gülay Kamilə qadağa qoyub

Gülay Kamilə qadağa qoyub
7849 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Gülay Zeynallı idmançı həyat yoldaşı Kamil Zeynallıdan danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Qonaq gəl bizə” verilişində ona qadağa qoyduğunu deyib:

“Yeni ailə quranda Kamilin bəzi istəkləri oldu. Bunları normal qəbul edirəm. Mən muğam ifaçısıyam, çərçivədə davranıram. Ona görə də şərtlərə ehtiyac qalmır. Hər şeyin yerini bilən xanımam. O, evimizin böyüyü, həyat yoldaşımdır. Nəsə deyirsə, əməl edilməlidir. Mənim də qadağam olub. Yeni ailə quranda Kamil bir-iki sənətçinin klipində çəkilmək təklifi almışdı. Mən də bu sənətdəyəm. Görsəm ki, təklif edən səviyyəli biridir, razılaşardım. Amma gördüm ki, dəyməz”.