Bakıda yeni otel: "İntourist" - fotolar

Bakıda yeni otel: "İntourist" -  fotolar
3160 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda yeni hotel tikilib.

Axşam.az-ın lent.az-a istinadən məlumatına görə, “İntourist” adlı hotel Bakının cənub-şərq çıxışında, Neftçilər prospektində Səbail yanğından mühafizə idarəsinin yanında yerləşir.
 
“İntourist” hotel tikintisi  “PAŞA İnşaat”  tərəfindən aparılır, eyni zamanda hotelin tikintisinə “İlk İnşaat” şirkəti də cəlb olunub. Artıq tikinti və bütün tərtibat işləri başa çatdırılıb. Hoteldə qapalı istirahət yerləri ilə yanaşı, yay restoranı da inşa olunub. “İntourist”in çarpayı tutumunun 182 olduğu bildirilir.
 
Yaxın günlərdə “İntourist”in açılışı baş tutacaq.
 
Qeyd edək ki, yeni tikilən mehmanxana bir vaxtlar Bakının sayılıb-seçilən məkanlarından olan “İnturist”in demək olar ki, eynisidir. Binanın layihəsi, xarici tərtibatı və digər elementləri “Azneft” meydanında yerləşən və bir neçə il əvvəl yanandan sonra əvvəlki simasını bərpa etməyən otellə eynidir.