Azərbaycanlı müğənnilər saqqal davasına çıxdılar

Azərbaycanlı müğənnilər saqqal davasına çıxdılar
2063 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Kərim Abbasovla Rəhim Rəhimli arasında qalmaqal yaşanıb.

Axşam.az-ın məlumatına görə, K.Abbasovun “Şou-biznesə belə saqqalı gətirən mən oldum” sözləri qarşı tərəfi əsəbiləşdirib.

R.Rəhimov “Onlar”a açıqlamasında hələ 2000-ci ildə saqqalla efirə çıxdığını iddia edib:

“Müğənni olan gündən saqqaldayam. Bu da 2000-ci ilə təsədüf edir. Məni heç kim səhnədə saqqalsız görməyib. 7 il sənətə fasilə verdim. Geri qayıdan da saqqallı idim. İstəyərdim ki, müğənnilər arasında mahnı rəqabəti getsin. Saçımı birinci mən burdum, sırğa taxdım kimi söhbətlər yanlışdır”.

R.Rəhimli sosial şəbəkədə müğənnilərin ünvanına yazılan təhqiramiz şərhlərdən də danışıb:

“Azərbaycan tamaşaçısı niyə öz sənətçisində ancaq qüsur axtarır? Niyə bu stili başqa ölkənin sənətçisində görəndə alqışlayırlar? Sırğa taxan, saqqal saxlayan xarici müğənninin də klipinin aşağısından mənfi şərh yazsınlar da... Nalayiq sözləri ancaq yerli müğənnilər üçün yazırlar. Çünki bəzi insanlar cahildirlər. Axı mən o musiqini çətinliklə ərsəyə gətirirəm”.