Namiqlə Samir üz-üzə gəldi

Namiqlə Samir üz-üzə gəldi
1864 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Samir Piriyevlə meyxanaçı Namiq Qaraçuxurlu üz-üzə gəliblər.

Axşam.az-ın məlumatına görə, ifaçılar “Onlar” verilişində oxuduqları oxşar mahnılardan söz açıblar. N.Qaraçuxurlu S. Piriyevin səsləndirdiyi “Mələyim olarsan” mahnısının onun “Öyrədə bilsəm” bəstəsinə bənzədiyini deyib:
 
“Elə insanlar var ki, mən heç onların adlarını çəkmirəm. Çünki onlar insanı yaxşı başa düşmürlər, yaxud da heç başa düşmək istəmirlər. Ərk elədiyim adamların adlarını çəkirəm. Bilirəm Samir məndən inciməz. Mahnılarımız çox oxşayır. “Mələyim olarsan” mənim mahnımdan da uğurlu alınıb... Onu pis adam oxusaydı, əsəbləşərdim. Amma Samir bizim qardaşımızdır. O, istənilən mahnımı oxuyub desə ki, mənimdir, ona etiraz etmərəm”.

S.Piriyev isə bəstəni ifa edərkən meyxanaçının belə bir mahnısının olduğunu bilmədiyini deyib:

“Mahnının layihəsi Anar Mədətova aiddir. Mən əvvəlcə eşitməmişdim. Sonra dedilər ki, Namiqin bəstəsi ilə oxşardır. Qulaq asdım, gördüm bənzəyir. Bu da bir qismətdir. Fərqi yoxdur, Namiqin ifası yaxşı alınıb, ya mənim. Biz dostuq, qardaşıq. Onun xətrini dünyalar qədər istəyirəm. O, ustaddır, meyxanada islahatlar aparan biridir”.