Bu fotoya görə həbs edildi

Bu fotoya görə həbs edildi
4029 dəfə oxunub
  • A-
  • A
  • A+
Çilili rəssam Marko Evaristi həbs edilib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, rəssam İslandiyanın paytaxtı Reykyavikin 110 kilometr şərqində yerləşən Strokkur qeyzerinə çəhrayı boya tökdüyü üçün tutulub.

52 yaşlı Marko təbiət üzərində rəsm əsəri yaratmaq istədiyindən bu addımı atıb və çəkdiyi vido-foto görüntüləri internetdə paylaşıb.

Ancaq M.Evaristi bunu heç bir məsul şəxsdən icazə almadan etdiyindən və təbiətə ziyan vurduğundan onun həbsinə qərar verilib.

Özünü “Bir rəssam olaraq işimi görmüşəm. Təbiət heç kimə məxsus deyil” sözləri ilə müdafiə etməyə çalışsa da o, 15 gün həbsxanada yatmalı olacaq.