Müğənnidən Simaya məsləhət: “Özünü bir az ağır apar”

Müğənnidən Simaya məsləhət: “Özünü bir az ağır apar”
9425 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə “İşte benim stilim” yarışmasında yer alan azərbaycanlı iştirakçı Sima Şərəfətddinovanın müğənni Azəri Günel Zeynalovaya oxşadılmaq istəməməsi qarşı tərəfi əsəbiləşdirib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar” verilişinə açıqlamasında Simaya məsləhət verib:

“Düzü, onu tanımıram. O, hələ uşaqdır – 17 yaşı var. Mənə bənzəmək istəmir, amma insan insana oxşayar. Sima orada deməliydi ki, “Hə, ola bilər, o, mənim həmyerlimdir”. Ancaq “Ay, yox oxşamıram” söyləməsi bir az yaşından böyük çıxdı. Türkiyəlilər şıltaq, özündən razı insanları bəyənmirlər. Ona tövsiyəm budur ki, özünü bir az ağır aparsın”.

Qeyd edək ki, "İştə benim stilim"də iştirakçılar və münsiflər S.Şərəfətddinovanı G.Zeynalovaya bənzətmişdi.