Günel İlhamə Quliyevanın qəzəbinə tuş gəldi

Günel İlhamə Quliyevanın qəzəbinə tuş gəldi
5272 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti İlhamə Quliyeva müğənni Azəri Günel Zeynalovadan inciyib.

Axşam.az-ın məlumatına görə, bunu “Onlar”a açıqlamasında G.Zeynalova bildirib. O, verilişin daha əvvəlki buraxılışında başına tac qoymasının və “Yeni kraliça gəlir” sözlərinin xalq artistinin xoşuna gəlmədiyini deyib:

“Tac qoymuşdum, atama deyib ki, yalnız mən primadonnayam. Mənim heç kimin taxt-tacında gözüm yoxdur. Hərənin yeri özü üçündür. İlhamə xanım, sizə hörmətim sonsuzdur, mən sizi çox istəyirəm. Atama görə də sizə sayğım daha çoxdur. Mən demişdim ki, balaca kraliçayam. Yəni, sizin kraliçalığınızda gözüm yoxdur. Belə şeylərə inanmayın. O tac sadəcə mənim şıltaqlığım idi. İlhamə xanım kimi sənətkarlar olmasaydı, biz də olmazdıq. Biz onun balalarıyıq. Ona bəzi sözləri başqa cür çatdırıblar, o da deyib incimişəm. Mən kimsədən titul istəmirəm. Mənim öz adım var - Azəri qızı Günel”.

G.Zeynalova yerli şou-biznes nümayəndələrini iş görməməkdə qınayıb:

“Bizdəkilər ancaq danışmağı bilirlər. Çox soyumuşam. Hərdən sual verirlər ki, şou-biznesə qatılmaq istəmirsiniz? Bizdə şou-biznes var? O, ona söz atdı, bu, buna...Ya maşınını, ya da evini reklam edir. Zəhləm gedən şeydir ki, ev alım, onu çəkim göstərim ki, mənzil almışam, dörd otağı var. Ev almısan sağlığına qismət”.