Elgiz Əkbər toyundan danışdı: “Evləndiyim xanım...”

Elgiz Əkbər toyundan danışdı: “Evləndiyim xanım...”
13381 dəfə oxunub
  • A-
  • A
  • A+

Teleaparıcı Elgiz Əkbər ilk dəfə toy xəbərindən danışıb.

Axşam.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, teleaparıcı “Şəbəkə” verilişinə açıqlamasında daimi izləyicisi olan xanımla ailə quracağını bildirib:

“Heç vaxt şəxsi həyatımla bağlı gündəmə gəlmək istəməmişəm. Ona görə də toyum haqda danışmaq istəmirdim. Artıq xəbər yayılıb, insanlar məni təbrik edirlər. Hər birinə təşəkkür edirəm. Sevib-seçdiyim xanım sənətim haqda kifayət qədər məlumatlıdır. O bilir ki, televiziyada işləyirəm. İnanmıram ki, sənətimlə bağlı problem yaşayaq.
Mən uşaq deyiləm, kimlə evləndiyimi bilirəm. Evləndiyim xanım efirə gəldiyim ilk gündən tamaşaçım olub, verilişlərimi əzbər bilir. Sənətimi sevir, dəyər verir. Bu mənim üçün vacibdir. Mən də söz vermişəm ki, yaxşı həyat yoldaşım olacam”.

Qeyd edək ki, Elgiz Əkbər mayın 9-u Əsmər adlı xanımla ailə quracaq.