İlham Əliyev “Bakı 2015”in məşəlini alovlandırdı - video

İlham Əliyev “Bakı 2015”in məşəlini  alovlandırdı -  video
5043 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Bakıda I Avropa Oyunlarının məşəli alovlandırılıb.

Axşam.az-ın  məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki mərasimdə iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib.

Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxışa başlayıb.

Qeyd edək ki, məşəl iyunun 6-na qədər Azərbaycanın 15 bölgəsindən keçəcək.

Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub, hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək. İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

Məşəl Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək.