Xoşqədəm Hidayətqızı övladını itirib - video

Xoşqədəm Hidayətqızı övladını itirib -  video
14627 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Xoşqədəm Hidayətqızı övladını itirib.

Axşam.az-ın məlumatına görə, bu haqda aparıcının həyat yoldaşı, türkiyəli müğənni Doğuş "Xoşqədəmlə axtarıram səni" verilişinin bugünkü - ilk buraxılışında deyib:

"Çətin bir ərəfədən keçdik. Bu xoşagəlməz hadisələri yaşadığımız vaxtda övladımızı itirdik. Söz vermişik ki, bizə ehtiyac duyan insanların yanında olacağıq. Həyat yoldaşıma dedim ki, nə olsa, mən arxandayam. O kanal olmasın, başqa kanal olsun. İnsanlara verdiyimiz sözü tutduq. Kənardan bu çəkilişlər çox adi görünə bilər. Bəzən bir-birimizi görə bilmirik. Amma fərqi yoxdur. Bizim sevgimiz daha da güclənir. Bir ananın övladına, qardaşın bacısına qovuşması üçün övladımızı fəda etdik. Eybi yox, Allah yenə bizə övlad nəsib edəcək".