Xumar Qədimova üçün özəl gün – fotolar

Xumar Qədimova üçün özəl gün – fotolar
3214 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün müğənni-bəstəkar, fərqli ifası, özünüməxsus tərzi ilə seçilən Xumar Qədimovanın doğum günüdür.

Axşam.az-ın məlumatına görə, ifaçı ad günü ilə bağlı "10lar" proqramına açıqlama verib.

O deyib ki, televiziyada təmtəraqlı ad gününün qeyd edilməsini doğru hesab etmir:

“Doğum gününü şouya çevirmək, hər il efirdə qeyd etmək, məncə, qəlbin, ruhun istəyi deyil. Həmin insanlar özləri olmurlar. Bu, formal xarakter daşıyır. Şair Məmməd Araz da bu barədə deyir ki,

O gün, mənə,
Qonşusunun paltarında toya gedən
Bir adamın yerişini xatırladır.
Kimə isə yandıq verən bir qadının
Gülüşünü xatırladır”.
 
Sənətçi ad gününü efirdə göstərişli şəkildə keçirənləri sərt tənqid edərək, həmin insanları saxta adlandırıb:

"Onlar qəlbən bundan zövq almırlar. Elə bil özləri üçün deyil, kimlər üçünsə edirlər. Məsələn, mən ad günümü dostlarımla qeyd edirəm. Hər il ətrafımda eyni adamlar olur. Amma həmin adamlarda bu il olan adamlar gələn il iştirak etmir. Çünki saxtadırlar. Həm də insanlar da bundan yorulur. Kimin nəyinə lazımdır sənin nə vaxt dünyaya gəldiyin?”.

Qeyd edək ki, X.Qədimova tanınmış şairə, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın "Əl-ələ tut gedək" adlı şeirinə mahnı bəstələyib. Sənətçi yaxın günlərdə kompozisiyaya çəkilmiş qısametrajlı filmin təqdimatını edəcək. X.Qədimovanın ekran işindəki obrazlardan biri Dərvişdir.

Axşam.az saytı Xumar Qədimovanı ad günü münasibətilə təbrik edir, ona şəxsi həyatında və sənət fəaliyyətində uğurlar arzulayır.