Cəmi 100 dəqiqə yaşayan körpə qəhrəman kimi öldü

Cəmi 100 dəqiqə yaşayan körpə qəhrəman kimi öldü
9091 dəfə oxunub
  • A-
  • A
  • A+
İngiltərədə dünyaya gələn əkiz körpələrdən biri cəmi 100 dəqiqə yaşasa da, qəhrəman kimi anılır.

Axşam.az “Daily Mirror”a istinadən xəbər verir ki, Teddi adlı körpə dünyasını dəyişdikdən sonra, 3,8 santimetrlik böyrəyi başqa bir uşağa köçürülüb və ona həyat verib.

İngiltərə mətbuatı ən kiçik orqan köçürülməsi ilə bağlı xəbərləri əsas gündəminə çevirib. Teddinin valideynləri cəmi 100 dəqiqə yaşayan uşaqlarının başqasına həyat verməsindən qürur duyduqlarını bildiriblər:

“Yaşadı və qəhrəman kimi öldü. Onunla fəxr edirik”.

Qeyd edək ki, əkizlərdən digəri – Noah Houlstonun vəziyyəti yaxşıdır.