Gülbən Ərgən huşunu itirib yıxıldı - video+foto

Gülbən Ərgən huşunu itirib yıxıldı - video+foto
7076 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Gülbən Ərgən qurucusu və rəhbəri olduğu təşkilatın məktəb açılışında huşunu itirib.

Axşam.az-ın DHA-ya istinadən məlumatına görə, "Özgecan Aslan Coçuklar Gülsün Diye Anaokulu"nun açılışını edərkən sənətçinin təzyiqi düşüb. Ürəyi getdiyi üçün yerə yıxılan Gülbəni məktəb binasına aparıblar.

Həkimlərin müdaxiləsi nəticəsində ifaçının vəziyyətinin yaxşı olduğu deyilib. Ardından Gülbən Tvitter hesabında özünü yaxşı hiss etdiyini yazıb.