"Qayınanam uşaqlarıma baxır, mən də ərimlə gəzintiyə çıxıram"

"Qayınanam uşaqlarıma baxır, mən də ərimlə gəzintiyə çıxıram"
6100 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivud ulduzu Meqan Foks “Harper’s Bazaar Arabia” jurnalının yeni sayı üçün fotosessiya etdirib.

Axşam.az-ın məlumatına görə, aktrisa dərgiyə müsahibə də verib. Meqan insanların onu səhv başa düşdüklərini deyib:

“Əksər adamlar elə düşünürlər ki, mən səthi, təhsilsiz, qeyri-ciddi, özündənrazı biriyəm. Belə fikirləşənlərə gülürəm. Mən hansısa klipdə çəkilən hər hansı tipik model deyiləm”.

2 uşaq anası olan M.Foks həyat yoldaşı Brayan Ostinlə necə istirahət etməsindən də danışıb:

“Həftədə bir dəfə Brayanın anası gəlib uşaqlarıma baxır. Mən də ərimlə gəzintiyə çıxıram, restorana gedirəm”.