Günay yeni ev alıb

Günay yeni ev alıb
7054 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Günay İbrahimli özünə yeni ev alıb.

Axşam.az-ın məlumatına görə, ifaçı bu haqda “Qonaq gəl bizə” verilişində xəbər verib. O, yeni mənzilinin hazırda təmirdə olduğunu bildirib:

“İndi valideynlərimlə birlikdə yaşayıram. Yeni evimdə təmir işləri gedir. Kreditlə almışam”.

Sənətindən bəhs edən G.İbrahimli bundan sonra açıq-saçıq kliplər çəkdirməyəcək:

“Əvvəlki kliplərimdə açıq-saçıqlıq olub. Amma bundan sonra belə hallara yol verməyəcəm. Dostlarım irad tutdu ki, Günay, axı sən elə biri deyilsən. Başqaları soyunur, onlar elədir. Sən özünü olmadığın kimi göstərmə”.