Xalq artistinin qızından maraqlı yenilik

Xalq artistinin qızından maraqlı yenilik
2023 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımova “Solo” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, yenilikləri ilə bağlı xəbər verən muğam ifaçısı maraqlı iş ərsəyə gətirəcəyini bildirib:

“Nəva” muğamını yenidən bərpa etdim. Bu ideya atam tərəfindən irəli sürüldü. Məsləhət gördü ki, onu tapıb, bərpa edim. İrandan və Azərbaycandan onun qədim yazılarını tapdım. Sitarla ifa edə-edə öyrəndim. Bu muğam bizim notlardan ibarət deyil, fərqlidir. Onu ərsəyə gətirməyə iki il vaxtım gedib. Hələ də tam hazır deyil. Konservatoriyada Şamil müəllim var, o da “Nəva” muğamını araşdırır. Atam bizi görüşdürdü, ondan məsləhətlər aldım. Yarım saatlıq bir ifadır. Hələ bu işə başlamazdan əvvəl Siyavuş Kərimi, Ağaxan Abdullayev, Arif Babayevdən məsləhət aldıq, bəh-bəhlə qəbul etdilər ki, bunu mütləq hazırlayın, dərsliklərə salaq. Yaxın günlərdə tamaşaçılara təqdim edəcəm”.