Məşhur türk aktyor illərdir evdən çölə çıxmır - video

Məşhur türk aktyor illərdir evdən çölə çıxmır - video
7473 dəfə oxunub
  • A-
  • A
  • A+

“Kuzenlerim”, “Lise defteri”, “Eyvah babam” seriallarının məşhur siması Arda Kural bir müddətdir psixoloji gərginliklərdən yaranan şizofreniyadan əziyyət çəkir.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, aktyorun keçmiş tərəf müqabili Yıldız Asyalı onunla bağlı açıqlama verib:

"Arada Ardayla danışıram, evdən heç çölə çıxmır. Ona təklif etdim ki, bir neçə serialda qonaq aktyor kimi çəkilsin. Cavabında bu işlərdən tamamilə əlini çəkdiyini, oynamaq istəmədiyini dedi. 2-3 ildir üzünü görmürəm".

Qeyd edək ki, illərdir efirə çıxmayan aktyr bir müddət əvvəl verdiyi müsahibə ilə bütün diqqəti üzərinə çəkmişdi.Hazırda İstanbulda kino və şou aləmindən uzaq, özünəməxsus dünyasında yaşayan Arda ticarətlə məşğul olacağını, efir vasitəsilə sevənlərinə heç bir şey demək istəmədiyini söyləmişdi.

A.Kural onu bu vəziyyətə gətirən amilin isə şöhrət olduğunu bildirib.