4 yaşlı qız su almaq üçün evdən qaçdı - video

4 yaşlı qız su almaq üçün evdən qaçdı - video
2205 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ-ın Filadelfiya şəhərində 4 yaşlı qız gecə yarısı su almaq üçün evdən çıxıb avtobusa minərək hər kəsi təəccübləndirib.

Axşam.az-ın acunn.com-a istinadən məlumatına görə, Annabel adlı qız gecə saat 3-də yataq geyimi ilə avtobusda görününcə sərnişinlərin marağına səbəb olub. Sürücü tez polisə xəbər verərək qısa zaman içində uşağı ailəsinə təqdim edib.

Balaca qız susadığı üçün evdən çıxdığını bildirib. Avtobusun sürücüsü əvvəl bunun bir zarafat olduğunu düşünüb. Təhlükəsizlik kameralarının çəkdiyi görüntülərdə də göründüyü kimi, uşaq həyəcanlanmadan dayanacaqdan avtobusa minərək normal sərnişinlər kimi oturub. Annabelin atası sürücüyə təşəkkür edərək evindəki təhlükəsizliyi artıracağını deyib.