"Sənətçinin həyat yoldaşı olmaq problemdir"

"Sənətçinin həyat yoldaşı olmaq problemdir"
2783 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Lalə Məmmədova ANS telekanalında yayımlanan "A-dan Z-yə" verilişində şəxsi həyatından bəhs edib.

Axşam.az-ın məlumatına görə, müğənni sənətçi ilə ailə qurmağın çətinliklərindən danışıb:

"Ailə çətindir, evlənəndə bilmirsən kimin payına nə düşür. Bir insanla uzun müddət eyni damın altında yaşayandan sonra xasiyyətinə bələd olursan. Sənətçinin həyat yoldaşı olmaq başqa bir problemdir. Müğənnini səhnədə görüb sevirlər, ailə qurandan sonra narazıçılıqlar başlanır. Əslində problemləri qarşılıqlı razılaşma ilə yoluna qoymaq lazımdır. Mənim də şəxsi həyatımda problem yaşandı. Məni sevənlər hər zaman yanımda olub. Əgər şəxsi həyatımdakı hadisə onların sevgisini azaldıbsa, bu əsl istək deyilmiş. Hər zaman sənətimlə gündəmdə olmuşam. Şəxsi həyatımla gündəmdə qalmaq mənə lazım deyil".