"Onu da, özümü də öldürərəm" - İlhamə

"Onu da, özümü də öldürərəm" -  İlhamə
4443 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni İlhamə Qasımova özü haqqında yayılan dedi-qodulardan danışıb.

Axşam.az-ın məlumatına görə, “Yeri gəlmişkən” verilişində qonaq olan sənətçi bunları deyib:

“Sənətə gələn gündən haqqımda çox şayiələr yayılıb: övladım olduğunu və onu hər kəsdən gizlətdiyimi deyirdilər. Mənim üçün uşaq dünyadakı hər şeydən, sənətimdən belə üstündür. Onun bir dırnağını heç nəyə dəyişmərəm. Uşağım varsa, niyə gizlədim? Onunla fəxr edərəm. Ən dəhşətli xəbər isə valideynlərimlə bağlı idi. Mənim barəmdə nə deyilsə, fikir vermirəm. Amma valideynlərimi incidən olsa, onu da, özümü də öldürərəm. Ona görə də heç kimə atam-anam haqqında söz deməyə imkan vermərəm. Mənə heç kimin həyatı maraqlı deyil. Ona görə də qeybət etmirəm. Elə müğənnilər tanıyıram ki, reklamı yoxdur, amma çox mədənidir. Bizim sənət elədir ki, gərək tənqidi qəbul etməyi bacaraq. Mən heç vaxt evdəkilərdən ünvanıma tərif eşitməmişəm".