Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə rəssam Emil Əzizin “Yuxularım” adlı ikinci fərdi sərgisi keçiriləcək.
Axşam.az-ın məlumatına görə, aprelin 3-də Muzey Mərkəzində baş tutacaq mərasimdə rəssamın üç fərqli mövzuda 40-dan çox yeni və şəxsi kolleksiyalardakı əsərləri nümayiş olunacaq.
“Yuxularım”la sənətsevərləri zəngin rəng dünyasına qonaq edəcək rəssam səkkiz aydır ki, bu nümayişə hazırlaşır.