Pınar Altuğun fotosu lağ obyekti oldu

Pınar Altuğun fotosu lağ obyekti oldu
12110 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Pınar Altuğ İnstaqram hesabından paylaşdığı fotosu ilə lağ obyektinə çevrilib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa dizaynı ona məxsus olan üzükləri öz əlində nümayiş etdirdikdən sonra izləyicilərin gözlənilməz reaksiyası ilə qarşılaşıb.

Belə ki, Pınarın qırışmış əllərini bəyənməyən istifadəçilər “Bu əllər 70 yaşlı qadınındır, elə bil”, “Nənəmin əllərinə oxşayır”, “Qadının üzü 25, əlləri 50 yaş göstərir”, “Əlləri belədir, amma ayaqları qüsursuzdur” kimi şərhlər yazıblar.

Bu şərhlərə aktrisanın cavabı gecikməyib. O, belə bir açıqlama ilə çıxış edib:

“Öyrənmək istəyirsiniz, deyim: Bəli! Bunlar mənim əllərimdir. Özümü tanıyandan əlim belədir. Amma bu, sizi məyus etdisə, süni əl tapıb dəyişdirərəm”.

Daha sonra başqa bir fotosunu paylaşan P.Altuğ “Bu gün də belə” yazıb.