Zülfiyyə avtomobil qəzası keçirib

Zülfiyyə avtomobil qəzası keçirib
6584 dəfə oxunub
  • A-
  • A
  • A+
Aşıq Zülfiyyə avtomobil qəzası keçirib.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda "Öz aramızda" verilişində xəbər verib. Canlı yayıma gələrkən, saz ifaçısının idarə etdiyi "Mercedes-Benz S-Class" markalı avtomobil başqa bir maşınla toqquşub:  

"Səhhətimdə heç bir problem yoxdur, salamatçılıqdır. Qəza Binəqədi rayonu ərazisində oldu. Günah məndə yox, qarşıdan gələn xanımda idi. Çox sürətlə gəlirdi, idarəni itirdi, avtomobilimi kənara çəkdim ki, əyləci basıb, maşını saxlasın. Amma edə bilmədi, nəticədə, mənim maşınım yol kənarındakı daşa çırpıldı, xanım da gəlib vurdu. Məndə "S-Clas" idi, xanımda cipdir. Maşınıma güclü ziyan dəyməyib. Xanımın avtomobili pis vəziyyətə düşüb".