Xalq artisti əməliyyat olunub

Xalq artisti əməliyyat olunub
3900 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Fatma Mahmudova əməliyyat olunub.

Axşam.az-ın "ATV Maqazin"ə istinadən xəbərinə görə, aktrisanın öd kisəsi kəsilib:

"Ağır əməliyyat keçirdim. Uzun müddətdir ki, öd kisəmdə problem var idi, fikir vermirdim. İşlə bağlı Ankaraya getmişdim. Qəfildən halım pisləşdi. Öd kisəm kəsildi. Əslində 45 dəqiqəlik əməliyyatdır, mən də isə 1 saatdan çox çəkdi. Əgər on dəqiqə geciksəydim daha pis olacaqdım. Həkim dedi 1 aydan sonra müayinəyə gəl. Hələ ki, getmirəm. Əməliyyatdan sonra Bakıya gəldim, dörd gündən sonra səhnəyə çıxdım, tamaşada oynadım. İşimi çox sevirəm, heç vaxt ondan ayrı qalmaq istəmirəm".